Noyabrın 7-də "Zəfər yolu" inşa yazı müsabiqəsinin qalibləri təltif olunub.
QHT.az xəbər verir ki, 975 nəfər şagirdin iştirak etdiyi müsabiqənin nəticələrinə əsasən Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbin XI sinif şagirdi Məmmədova Aydan Seymur qızı I, Zəngilan rayon 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Alızadə Yasəmən Vəli qızı II, Laçın rayon Çıraqlı kənd tam orta məktəbin X sinif şagirdi Əlfətova Jalə Mahir qızı III yerə layiq görüldüklərinə görə Fəxri Fərman, 7 nəfər şagird isə fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.
Pərvanə Fərhadqızı












