“Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Roza Əliqızı QHT.az-a bildirib ki, bu gün Türkiyədə Şəhid Kəmal Orta Məktəbin müdürü Cəmil bəyin xahişinə əsasən, Biçerovada, Şəhid Kəmal köyündəki 8 noyabr Qarabağ zəfərinə aid tədbir keçirilib. QHT sədri şagirdlərə Qarabağ müharibəsi haqqında geniş məlumat verərək, onları maraqlandıran suallara cavab verib. Tədbir başlamazdan öncə hər iki ölkənin himni səsləndirilib, şəhidlər bir dəqiqəlik sükutla anılıb. Çıxış edən məktəbin müdürü Cəmil bəy iki ölkənin dost və qardaşlığından, Qarabağ zəfərindən danışaraq, Azərbaycan xalqına zəfər münasibəti ilə təbrik göndərib.
Tədbirin sonunda QHT sədrinin "Qarabağ Azərbaycandır, Türkiyə candır" səsləndirdiyi şüar salonda coşqu ilə alqışlanıb.

Qeyd edək ki, “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin Türkiyədə keçirdiyi "Qarabağ Dünəndən Bu Günə"adlı tədbirləri başa çatıb. Bu layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilib.