Xətai rayonu 25 saylı orta məktəbin 7 B sinif şagirdləri Zəfər bayramını Azərbaycanın mərd qızı, Xocalı dəhşətinin canlı şahidi Dürdanə Ağayeva birgə qeyd ediblər.

QHT.az xəbər verir ki, bu barədə "Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatima Hacibeyli məlumat verib. QHT sədri bildirib ki, Dürdanə xanım 30 ildə çəkdiyimiz zülmlərin canlı şahididir: “Bu gün qələbə sevincini onunla bölüşmək bizim üçün qururdu”.

Məlumat üçün bildirək ki, Dürdanə Ağayeva Xocalı dəhşətini bütün iliklərinə qədər yaşamış bir insandır. 1992-ci ildə Xocalı qətliamında – ermənilərin əsir götürdüyü yüzlərlə qız-gəlin arasında 20 yaşlı Dürdanə Ağayeva da vardı. Düz 8 gün həyatının cəhənnəmini yaşayır. Və hər an Allahdan ölüm diləyirdi. Sağ qalan Dürdanə xanım erməni vəhşiliyini dünyaya car çəkir. 

 

Pərvanə Fərhadqızı