Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Asiman Əliyev 44 günlük Vətən müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlədə iştirak edib və noyabrın 7-də Hadrut istiqamətində qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Asiman Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə təhsil alıb. 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb.

Asiman Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı