Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimerini Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə vətəndaşın ölümünə səbəb olan zəlzələ ilə bağlı yayımlanan karikaturada türk xalqının yanında olduqlarını vurğulayaraq, “Hamımız Türkük” ifadəsinə yer verib.
QHT.az xəbər verir ki, dünən Fransanın “Charlie Hebdo” jurnalı Türkiyənin episentri Kahramanmaraş olan, minlərlə insanın həyatını itirdiyi, minlərlə insanın öldüyü, on minlərlə insanın yaralandığı 10 vilayətini yerlə-yeksan edən 7,7 və 7,6 bal gücündə zəlzələləri ələ salıb.
Jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə ehtiyac yoxdur” sözləri yazılıb.
Yunan qəzetində “Hamımız türkük” karikaturası
Yunanıstanın aparıcı qəzetlərindən olan Kathimerinidə dərc olunan karikatura az qala fransız jurnalına cavab idi.
Karikaturada divarda yunan dilində “Hamımız türkük” yazılmış qraffiti təsvir edilib.












