Müharibənin davam etdiyi Ukraynadan 90 nəfərlik axtarış-xilasetmə qrupu humanitar yardım materialları ilə Türkiyəyə yola düşüb.
QHT.az xəbər verir ki, gələn komanda işğal başlayandan axtarış-xilasetmə işləri ilə məşğul olan Ukrayna Fövqəladə Hallar Xidmətinin (DSNS) şəxsi heyətidir.
Ukrayna prezidenti Vladimir Zelenski bu gün prezident Rəcəb Tayyib Ərdoğana zəng etdiyini bildirib.
“Zəlzələlər nəticəsində türk xalqının başına gətirilən faciəyə görə başsağlığı verdim. Sonra baş verənlərin öhdəsindən gəlmək üçün Ukraynadan Türkiyəyə bir qrup xilasedici və texnika göndərmək qərarına gəldiyini ona bildirdim. Onlar tezliklə Türkiyənin zərər çəkmiş bölgələrinə çatacaqlar”, - deyə o bildirib.












