Qəhrəmanmaraş mərkəzli zəlzələdən sonra Türkiyəyə gələn Polşa komandası indiyədək 14 nəfəri dağıntılar altından sağ çıxarıb. Şaxtalı hava şəraitinə baxmayaraq zamanla yarışan Polşa komandasının dağıntılar altından bir oğlan və yaşlı qadını çıxardığı anlar kameralara əks olunub.
QHT.az xəbər verir ki, episentri Qəhrəmanmaraşın Pazarcık rayonunda olan və 10 vilayətdə hiss olunan dağıdıcı zəlzələdən sonra Türkiyənin beynəlxalq yardım çağırışı ilə Türkiyəyə gələn Polşa axtarış-xilasetmə qrupu işlərini davam etdirir.

Adıyamanın Besni rayonunda çalışan HÜSƏR adlı xüsusi təlim keçmiş yanğınsöndürənlərdən ibarət 76 nəfərlik qrup indiyədək dağıntılar altından 14 nəfəri sağ çıxarıb. 8 axtarış-xilasetmə iti və 20 ton alət və avadanlıqla işlərini davam etdirən Polşa komandası zamanla yarışmağa davam edir.