İtaliyanın Ankaradakı səfirliyi, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbilə ölkəyə edilən yardımı paylaşan mesajında ​​Türkiyənin İtaliyaya Covid-19 yardımı göndərərkən istifadə etdiyi ifadələrə yer verib - “Orada Ümidsizliyin arxasında çoxlu ümidlər, qaranlığın arxasında bir günəş var."

QHT.az xəbər verir ki, episentri Kahramanmaraş olan və ümumilikdə 10 əyaləti vuran 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə yardımlar axır. Axtarış-xilasetmə işçiləri və humanitar yardım ləvazimatları göndərən İtaliyadan mənalı bir mesaj da gəldi.