Qatı şişləri "məhv etmək" ehtimalı olan "xərçəng əleyhinə həb” hazırda insanlarda sınaqdan keçirilir.

QHT.az xəbər verir ki, AOH1996 kimi tanınan yeni dərman 20 ildir inkişaf etdirilir və hazırda ABŞ-da preklinik tədqiqatlardan keçir. Dərmanın ilkin tədqiqatları göstərdi ki, sağlam bədən hüceyrələrini təsirsiz qoyaraq böyük şişləri məhv edir.

İndiyə qədər tədqiqatçılar heyvanlar üzərində sınaq keçirmişdilər, indi insanlarda birinci mərhələnin klinik sınaqları davam edir. Əvvəlki tədqiqatlar dərmanın döş, prostat, beyin, yumurtalıq, uşaqlıq boynu, dəri və ağciyər xərçənglərinin müalicəsində təsirli olduğunu göstərmişdir. Alimlər indi ümid edirlər ki, bu irəliləyiş gələcəkdə daha çox hədəflənmiş xərçəng dərmanlarına gətirib çıxara bilər.

Alimlər xərçəngin müxtəlif növlərini çoxdan tanısalar da, hələ də onların heç birinin effektiv müalicəsini tapa bilməyiblər. Hal-hazırda yalnız müalicəvi və köməkçi dərmanlar var. Belə ki, 2020-ci ildə Avropa İttifaqı öz ərazisində mədəaltı vəzi xərçənginin baxım müalicəsi üçün xərçəng əleyhinə Lynparza dərmanının satışına icazə verib.

 

Pərvanə Fərhadqızı