"Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az -a 2025-ci il üçün təşkilatın əsas prioritetlərini açıqlayıb. O, bildirib ki, mərkəzin fəaliyyətində əsas hədəf Azərbaycanın inkişafı çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı olacaq.
Rauf Zeyni vurğulayıb ki, QHT və hökumət münasibətlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin beynəlxalq arenada fəaliyyətinin inkişafı təşkilatın prioritetləri sırasında yer alır. Bu istiqamətlər, Azərbaycanın inkişafına töhfə verməklə yanaşı, vətəndaşların daha böyük inkişafa və sosial rifahın yaxşılaşdırılmasına da xidmət edir. Eyni zamanda, ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması və hesabatlılığın təmin olunması da mərkəzin 2025-ci il üçün əsas hədəflərindəndir. Bu məqsədlə, korrupsiyaya qarşı mübarizə və narkomaniyaya qarşı mübarizə sahəsində də fəaliyyətlər davam etdiriləcək:
"Təşkilatın digər prioritet istiqamətləri arasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın mövcud neqativ hallara qarşı birgə mübarizəsinin təşkil olunması da yer alır. Bizim üçün vətəndaş cəmiyyətinin inkişafı həmişə prioritet olub və gələcəkdə də bu, bizim əsas məqsədimiz olacaq. Bu sahədə atacağımız addımlar, Azərbaycanın sosial və iqtisadi rifahını daha da yüksəltmək məqsədi güdür."
Pərvanə Fərhadqızı
QHT.az










