QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin müxtəlif rayonlar üzrə nümayəndələrinin təşəbbüsü ilə fərqli istiqamətlərdə tədbirlər təşkil olunub:
Cəbrayıl: “Dilin qorunması və inkişafı” adlı tədbirdə dilimizin düzgün istifadəsi və ədəbi dəyərlərin qorunması müzakirə edilib.
Tovuz: “Yalnız bir dünya” layihəsi çərçivəsində ətraf mühitin qorunmasının əhəmiyyəti vurğulanıb, tullantılardan təmizlənmə haqqında məlumat verilib.
Ağcabədi: “Gələcəyini Qur” və “Uşaq Hüquqlarının Qorunması üzrə Sorğu Günü” layihələri uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, hüquq biliklərini artırmaq və texnologiyadan səmərəli istifadəni təşviq etmək məqsədini daşıyıb.
Tərtər: “Sağlam həyat tərzi və fiziki fəaliyyət” tədbirində uşaqlara düzgün qidalanma, fiziki aktivliyin vacibliyi və ekran qarşısında vaxtın məhdudlaşdırılması öyrədilib.
Xocavənd: “Gələcəkdə kiməm” tədbirində təhsil və düzgün ixtisas seçiminin əhəmiyyəti müzakirə edilib, gələcək planların qurulması tövsiyə olunub.










