QHT Agentliyinin 2025-ci il qrant müsabiqəsinə layihə qəbulu 25 dekabr 2024-cü ildə yekunlaşıb.
QHT.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə texniki ekspertiza mərhələsindən uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası müstəqil ekspertiza nəticələrinə əsaslanmaqla, kollegial müzakirələr apararaq qalibləri müəyyən edəcək. Qaliblərin adları 2025-ci ilin I rübü ərzində elan olunacaq.










