Qananın paytaxtı Akkrada Afrika, Karib hövzəsi və digər regionlardan olan dövlət nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, hüquqşünaslar və tarixçilərin iştirakı ilə beynəlxalq konfrans keçirilir. Tədbirin əsas məqsədi köləlik və müstəmləkəçilik dövrünün nəticələrinə görə reparasiya məsələsini müzakirə etməkdir.

QHT.az xarici mediaya istinadən bildirir ki, konfrans BMT Baş Assambleyasının transatlantik kölə ticarətini insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tanıyan qətnaməsindən sonra keçirilən ilk böyük beynəlxalq toplantıdır. Tədbirdə 80-dən çox ölkədən nümayəndələr iştirak edir. 

Müzakirələr zamanı tarixi ədalətin bərpası, mədəni irsin geri qaytarılması və gələcəkdə reparasiya mexanizmlərinin yaradılması məsələləri diqqət mərkəzindədir. Vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, bu təşəbbüs tarixi haqsızlıqların aradan qaldırılması istiqamətində mühüm addım ola bilər. 

Piranə Xasiyeva