Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı da yazıçı-publisist Nəhayət Şirinovanın müəllifi olduğu “Tarix yazanların salnaməsi: Mehrab dastanı” kitabının təqdimat mərasimi keçirilib. Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrabim  Niftəliyevin həyat və döyüş yoluna həsr olunan tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, şəhid ailələri, qazilər, təhsil işçiləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər qəhrəmanlarımızın şərəfli ömür yolunun, Vətən uğrunda göstərdikləri misilsiz fədakarlığın gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edərək, bu kimi əsərlərin milli yaddaşın qorunmasında mühüm rol oynadığını vurğulayıblar. Mehrab Niftəliyevin göstərdiyi qəhrəmanlıq nümunəsinin gənclər üçün vətənpərvərlik məktəbi olduğu qeyd edilib.

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, qəhrəmanlarımızın həyat yolunun təbliğinə xidmət edən  belə layihələri yüksək qiymətləndirir, kitabın müəllifi Nəhayət Şirinovaya və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq.

Şəhidlər ölməz, Vətən bölünməz!