Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tarixi bir ilkə imza atacaq.

Belə ki, ilk dəfə olaraq türkdilli xalqların soyqırım və deportasiya məsələləri İstanbulda Beynəlxalq səviyyəli konfransda müzakirə olunacaq. Çərkəz, Orta Asiya, Qərbi Azərbaycan və Qarabağda baş verən soyqırım tarixi beynəlxalq ictimaiyyətə təqdim oluncaq.

Türkdilli xalqların ortaq soyqırım gününün TDT-da qəbul olunması üçün təklif səslənəcək. Belə bir konfransın baş tutmasında dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik!

Təşkilati dəstəyə görə partnyorumuz BULTÜRK Dərnəyinə, İstanbul Bayrampaşa Bələdiyyəsinə minnətdarıq.

Beynəlxalq Konfrans 26.06.26 tarixində Istanbul Bayrampaşa Bələdiyyəsində baş tutacaq və 27.06.26 tarixdə Soyqırım faktlarını əks etdirən fotosərgi ilə davam edəcək.

Tədbirlər barədə ölkə mətbuatına geniş məlumatlar təqdim olunacaq!