“Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə növbəti xeyriyyə tədbiri keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, tədbirin əsas məqsədi şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi olub:

"Şəhid ailələrinə və qazilərə dəstək olmaq məqsədilə xeyriyyəçi qadınları, həkimləri, müəllimləri və iş adamlarını bir araya gətirərək xeyriyyə marafonu keçirmişəm.”

Tədbirdə vurğulanıb ki, hər bir vətəndaşın borcu şəhid ailələrinin, xüsusən də anaların yanında olmaqdır. Çıxışlarda hər il şəhid analarının simalarına sevinc və ümid qatmaq arzusunun əsas məqsəd olduğu bildirilib.

Sonda “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür ifadə olunub.