Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi. 2 övladı yadigar qaldı. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı