Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. 1998-ci ildən orduda xidmətə başlayıb və 2018-ci il yanvarın 14-də "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
QHT.az xəbər verir ki, İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Təlim və Tədris Mərкəzində təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb. 2008-ci ildə təyinat əsasında Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinə xidmətini davam edir. 2011-ci ildə "mayor" hərbi rütbəsi alaraq Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışır. Daha sonra isə 7 il ərzində Daxili Qoşunların Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
İqbal Bayramov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də qəhrəmancasına şəhid olub. O, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










