19-20 sentyabr tarixlərində baş tutan antiterror əməliyatları zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhidlik zirvəsinə yüksəlib.

QHT.az xəbər verir ki, Əzizbəy Muradov 44 günlük Vətən müharibəsi zamanı ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı. Göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində keçiriləcək.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı