"Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ermənistanın törətdiyi hərbi cinayət faktlarının toplanması, müxtəlif dillərdə hazırlanması və yayılması, beynəlxalq arenada bu faktların təbliğində gənclərin iştirakının təşviqi” layihəsi çərçivəsində ermənilər tərəfindən törədilmiş müharibə cinayətləri haqqında geniş məlumat vermək üçün infokarabakh.com vebsaytını hazırlayıb.

 

Sayt qlobal arenada olan şəxslər üçün nəzərdə tutulduğu üçün 4 dildə (İngilis, Fransız, Alman və İspan) fəaliyyət göstərir.
 

Bu sayt geniş informasiya və məlumatlarla Ermənistanın müharibə cinayətləri haqqında aydınlaşdırmağa nail olmağa kömək edir və bu məlumatları dünya ictimaiyyətinə çatdırmağa həsr edilib.
 

infokarabakh.com müxtəlif dillərdə məlumatın təqdim olunması ilə yüksək keyfiyyətli məlumatı geniş bir auditoriyaya çatdırmağa xidmət edir. Sayt əsasən İngilis, Fransız, Alman və İspan dillərində mövcuddur və geniş bir beynəlxalq auditoriya üçün həm məlumat, həm də Azərbaycanın haqlı mübarizəsini, Azərbaycanın sülh siyasəti barədə aydınlaşdırmağa yardımçı olmaq məqsədi ilə işləyir.


“Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin QHT-lərə Dövlət dəstəyi agentliyi  ilə həyata keçirdiyi bu layihə zamanı Layihə rəhbəri Urfan Sərkərov tərəfindən deyilmişdir “Biz İnfoKarabakh.com-un yaradılması ilə əsasən gənc nəslin informasiya müharibəsində bacarıqlarını inkişaf etdirməyə və dünya ictimaiyyətinə Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında obyektiv məlumatlar təqdim etməyə kömək etməyə nail olacağımızı düşünürük. Bu veb resurs, fəaliyyəti ilə Ermənistan tərəfindən insan hüquqlarına və beynəlxalq qanunlara zidd olan davranışları faktlar ilə sübuta yetirilib.”


infokarabakh.com saytının mövcud məlumatlarını yaxşı anlamaq və Ermənistanın müharibə cinayətləri ilə bağlı daha geniş bir məlumat almaq üçün sayta yaxından baxmağınız tövsiyə olunur.