Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Katharina Boehme, zəlzələ bölgələrində zamanla yarışın olduğunu qeyd edərək, ÜST-nin baş katibi Tedros Adhanom Ghebreyesusun yerli tərəfdaşlar və zəlzələdən zərər çəkmiş insanlarla görüşmək üçün bu gün Suriyanın Hələb şəhərinə gəldiyini bildirib.

QHT.az xəbər verir ki, Qebreyesusun səhiyyə xidmətlərinin hər kəsə bərabər şəkildə çatması üçün mübarizə aparacağını ifadə edən Boehme, “ÜST-ün baş direktoru Qebreyesus bu gün Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə səfər edir." deyib

 "O, Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə də səfər edəcəkmi?" sualına isə “Bəli, bu səfər də planlaşdırılır. Tezliklə olacaq, amma tarix hələ müəyyən edilməyib” cavabını verib.