Britaniyanın aparıcı yardım təşkilatları zəlzələdən zərərçəkənlərə dəstək üçün birgə kampaniyaya başlayıb.
QHT.az xəbər verir ki, İngiltərədə xeyriyyə təşkilatları Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Böyük Britaniyanın Fəlakət Fövqəladə Hallar Komitəsi (DEC) nəzdində birgə kampaniyaya başlayıb.
Kampaniya çərçivəsində bu günə qədər xalqın bağışladığı yardım 5 milyon lirəyə çatdıqda, İngiltərə hökuməti daha 5 milyon lirə əlavə edərək Türkiyəyə göndərəcək. Şotlandiya hökuməti buna 500 min funt-sterlinq yardım edəcək. DEC Scotland da cümə axşamı rəsmi olaraq müraciətini başlatdı.
DEC Kral III Çarlz və Kraliça Kamillanın Türkiyə-Suriya Zəlzələ Çağırışına “səxavətli ianə” etdiklərini və onlara təşəkkür etdiklərini açıqladı. Şahzadə Uilyam və Uels şahzadəsi Keyt də DEC çağırışına dəstəklərini bölüşdülər.
İanələr sağ qalanlara tibbi yardım, ərzaq, ədyal və təcili yardımla təmin olunacaq.
DEC-in çətiri altında Britaniya Qırmızı Xaç, Save the Children UK, Islamic Relief, Christian Aid, Oxfam və ActionAid kimi Böyük Britaniyanın 15 böyük xeyriyyə təşkilatı fəaliyyət göstərir. 15 təşkilatın hamısı yardım çağırışını dəstəkləyir.












