“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərin təsirinə məruz qalan Niğdedə zərər görən 13 bina möhürlənib.

QHT.az xəbər verir ki, Niğde Bələdiyyəsindən edilən şərhə görə, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Bölgə Müdirliyi koordinasiyasında, Bölgə Xüsusi İdarəsi, bələdiyyə, İnşaat Mühendisleri Odası personalı şəhərdəki zərər təsbiti işlərinə davam edir.

İndiyədək aparılan araşdırmalarda təsbit edilən 2 orta və 11 ağır zədəli binalar Konstabul Müdirliyi tərəfindən boşaldılıb və möhürlənib.

Bu binalarda yaşayan vətəndaşlar müraciət edərsə, müvəqqəti yerləşdirmə və köçmə prosedurları bələdiyyə tərəfindən qarşılanacaq.