Məktəbin direktoru dos. Lalə Məmmədova tələbələri UNEC-ə qəbul olmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.
QHT.az xəbər verir ki, görüşdə fakültəyə qəbul barədə məlumat verilib. Bildirilib ki, UNEC Dizayn Məktəbinə “Dizayn” ixtisası üzrə azərbaycan və rus bölməsinə ümumilikdə 161 tələbə qəbul olub. Tələbələrdən 8 nəfərin əcnəbi vətəndaş olduğu qeyd edilib. Dizayn Məktəbinə keçid balının ötən illə müqayisədə artdığı, ən yüksək nəticənin isə azərbaycan bölməsində 283.2 bal olduğu diqqətə çatdırılıb.










