Stanford Universiteti 2024-cü il üçün dünyanın ən yaxşı 2% alimlərinin (World's Top 2% Scientists) siyahısını açıqlayıb. Siyahı dünya miqyasında elm adamlarının fəaliyyətini qiymətləndirmək məqsədilə hazırlanıb və burada Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 3 alimi də yer alıb.

QHT.az xəbər veriri ki, UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları Tural Nağıyev, Elçin Hüseynov və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin tədqiqatçısı Andrea Gatto dünyanın ən yaxşı 2% alimləri sırasına daxil olub. Bu nailiyyət UNEC-in elm və tədqiqat sahəsində beynəlxalq səviyyədə uğurlarını bir daha təsdiqləyir.