BMTİP Azərbaycan, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçiriləcək "Boşluqların Aradan Qaldırılması Üçün İdeaton: Gənclər və Yaşıl Əmək Bazarı" təlimlərinə dəvət edir.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi, əmək bazarında "yaşıl" işlərə diqqəti artırmaq və gəncləri bu sahədə karyera qurmaq üçün zəruri bilik və bacarıqlarla təmin etməkdir. İdeatonun təşkil olunması ilə tələbələr, müəllimlər və mütəxəssislərin bir araya gəlməsi və yaşıl əmək bazarındakı boşluqların aradan qaldırılması üçün innovativ həllərin tapılması hədəflənir.
Bu unikallığı və yaradıcı düşüncəni təşviq edən təşəbbüsdə iştirak etmək istəyənlər, 30 sentyabr tarixinə qədər müraciət edə bilərlər. Daha ətraflı məlumat və müraciət üçün aşağıdakı linkə daxil olun: Müraciət Forması.
Bu tədbir, gənclərə yaşıl iqtisadiyyatın inkişafında fəal rol oynamaq imkanı təqdim edir və iqlim dəyişikliyinin qarşısının alınmasında iştirak etməyə çağırır.










