Uşaq Səfirlər Məclisinin Şəki üzrə regional nümayəndələrinin təşəbbüsü və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Dünya Avtomobilsiz Günü" münasibətilə velosiped yürüşü təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək və velosipedlərin nəqliyyat vasitəsi kimi istifadəsinin vacibliyinə diqqət çəkmək idi.
Yürüş iştirakçıları velosiped sürərək həm fiziki aktivliyi təşviq etdilər, həm də ətraf mühitə zərər verən avtomobil istifadəsini azaltmağa çağırış etdilər. Tədbir bölgədə böyük maraqla qarşılanıb və gələcəkdə oxşar təşəbbüslərin daha geniş miqyasda təşkil olunması planlaşdırılır.










