Azərbaycan Mətbuat Şurasının üzvü, şair-publisist, ictimai xadim, Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Mirzəyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilir.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə baş tutur. Yubiley mərasimində tanınmış ictimai xadimlər, media nümayəndələri, ziyalılar və qonaqlar iştirak edir.