2024-cü il iyulun 1-3-də Aşqabadda Türkmənistan və İran tərəfləri arasında danışıqlar aparılıb, danışıqlar zamanı Türkmənistan və İran İslam Respublikası arasında qaz sənayesində əməkdaşlığın gələcək inkişafı ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib.
QHT.az xəbər verir ki, görüşlər nəticəsində Türkmənistan və İran tərəfləri arasında Türkmənistandan İraq Respublikasına nəql olunacaq ildə 10 milyard kubmetrə qədər təbii qazın alqı-satqısına dair müqavilə imzalanıb.






