İlin birinci yarısında Rusiya Federasiyasında neft və qazın satışından əldə olunan gəlirlər illik müqayisədə 41% (65,12 milyard dollara qədər) artıb. Bu barədə Reuters xəbər verir. Bu, neftin qiymətinin artması və rublun zəifləməsi səbəbindən baş verib.

QHT.az xəbər verir ki, neft və qaz satışından əldə olunan gəlirlər Kremlin ən mühüm xarici valyuta mənbəyidir. Enerji resurslarının satışı son on ildə Rusiyanın ümumi büdcə gəlirlərinin üçdə birindən yarısına qədərini təmin edib.

İlin birinci yarısında Rusiyanın flaqmanı olan Urals xam neftinin qiyməti orta hesabla 69,1 dollar/barel təşkil edərək, Qərbin müəyyən etdiyi 60 dollar qiymət həddini keçib.

 

Pərvanə Fərhadqızı