“Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları” mövzusunda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti öz işinə başlayıb.

QHT.az xəbər Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və PwC Azərbaycan tərəfindən təşkil edilən sammitin əsas məqsədi, ESG prinsiplərinin inteqrasiyasını təşviq edərək qlobal iqlim problemlərinin həlli üçün dövlət və özəl sektorlar arasında dialoqu və əməkdaşlığı gücləndirməkdir.

Sammitin birinci günündə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, PwC-nin ölkə üzrə idarəedici partnyoru Shaukat Tapia və bir sıra rəsmilər açılış nitqlərində ESG-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda oynadığı kritik rolu vurğulayıblar.

İlk günün sessiyaları iqlimlə bağlı fəaliyyətlərdə dövlət-özəl sektor sinerjisi, SDG İnvestor Platforması və yaşıl inkişafı təşviq etmək məqsədilə siyasət boşluqlarının aradan qaldırılması strategiyalarına həsr olunub.

Günün ikinci yarısında keçirilən panel müzakirələri, ESG prinsiplərinin Azərbaycanın hökumət siyasətinə və korporativ strategiyalarına inteqrasiyası mövzularında davam edib.