Bu gün Milli Məclisin deputatı Səməd Seyidov Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) idarə heyətinin üzvlərilə görüşüb.
QHT.az xəbər verir ki, görüş zamanı gənclərin üzərinə düşən öhdəliklər geniş müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.












