Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsi çərçivəsində 15 oktyabr 2024-cü ildə Tərtər  şəhərində Yeni Azərbaycan Partiyasının qərərgahında  gənclərlə maarifləndirici görüş keçrildi.

Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyəti başçısının aparatında ictimai-siyasi və humanitar şöbənin müdir müavini Zabil  Paşayev  iştirakçıları salamladıqdan sonra  Ümumilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə hər zaman göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdi ki, bu gün ölkəmizdə dövlət idarəçiliyinin bütün sahələrində peşəkar kadırların olması məhz  Ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Sonra söz Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsinin rəhbəri Emin Həsənliyə verdi. Emin Həsənli gənclərimizin milli və vətənpərvər ruhda yetişməsi istiqamətində təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılaraq uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti haqqında ətraflı danışaraq bildirdi ki, ikinci Qarabağ müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclikliyin millətimiz və dövlətimiz qarşısında müqəddəs borclarının layiqincə yerinə yetrilmələrinin sübutu idi. Sonra mövzu haqqında danışmaq üçün söz layihənin eksperti, Qarabağ qazisi Taleh Əliyevə verildi.  Ekspert Taleh Əliyevdə öz növbəsində bildirdi ki, hələ Sovet İttifaqı vaxtı Azərbaycanl gənclərin SSRİ-nin qabaqçıl ali məktəblərinə göndərməsi, Bakıda Cəmşid Naxçıvanski adına hərbi litseyi açması və onun ardınca Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini açmaqla gənclərimizin həm hərbi həmdə digər sahələrdə dərin biliklərə yiyələnməsinə şərait yaradırdı. Bu siyasət müstəqil Azərbaycanda da uğurla davam etdirildi. Azərbaycan gəncləri bu dəfə dünyanın ən qabaqcıl ali məktəblərinə dövlət vəsaiti hesabına oxumağa göndərildi. Sonda Tərtər gəncləri  çıxış edərək öz təsüratlarını bölüşdülər.