21-25 oktyabr tarixlərində baş tutacaq “İnnovasiya Həftəsi” üçün hazırlıqlar sürətlə davam edir. UNEC-in əsas tədris binasında keçiriləcək bu tədbir gəncləri innovasiyaya, yaradıcılığa və texnoloji trendlərə yönəltməyi hədəfləyir.
QHT.az xəbər verir ki, innovasiya həftəsi ərzində iştirakçılar müxtəlif panel müzakirələri, workshoplar və intellektual yarışlar vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək şansı əldə edəcəklər. Tədbir, mütəxəssislərlə bir araya gələrək yeni ideyalar kəşf etmək və innovativ düşüncələri bölüşmək üçün geniş imkanlar yaradır.
Həftə sonunda bütün iştirakçılar sertifikatlarla təltif ediləcək. Bu unikal fürsəti qaçırmayın!










