UNEC rektoru Ədalət Muradov, “Rəqəmsal İqtisadiyyat” fakültəsinin “Kompüter Elmləri” ixtisası üzrə II kurs tələbəsi Aşurbəy Məmmədzadə ilə görüş keçirib. Aşurbəyin rəhbərlik etdiyi komanda, “TEKNOFEST 2024”ün Antalyada keçirilən final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə I yerə layiq görülüb.
QHT.az xəbər verir ki, bu il Türkiyənin İstanbul Teknik, Boğaziçi və digər universitetlərinin qatıldığı yarışda, Aşurbəyin rəhbəri olduğu “Versetech” komandası “PsychoAI” layihəsi ilə 76.88 xal toplayaraq, 80.000 TL mükafat qazanıb.
Görüş zamanı UNEC-də Startap hərəkatının genişləndirilməsi üçün hansı əlavə addımların atılması haqqında da fikir mübadiləsi aparılıb. Rektor, Aşurbəyi və onun komandasının üzvlərini təbrik edərək, onlara möhkəm can sağlığı və yeni uğurlar arzulayıb.










