Tayvan turizmi canlandırmaq üçün ölkəyə gələn xarici turistə 5 min NTD (300 maanat civarı) verməyə hazırlaşır.
QHT.az xəbər verir ki, keçən çərşənbə axşamı keçirilən iclasında Uzaq Şərq ölkəsi Tayvan Assambleyası "Pandemiya sonrası iqtisadi və sosial dayanıqlığın gücləndirilməsi və iqtisadi nəticələrin hər kəsə fayda verməsini təmin etmək üçün xüsusi tədbirlər" adlı yeni iqtisadi dəstək paketini açıqladı.
Açıqlanan paketdə turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər xarici turist üçün 5 min NTD ödəniləcəyi bildirilib. Paketə həmçinin Tayvan vətəndaşları və meyarlara cavab verən əcnəbilər üçün 6 min NTD (300 manat) vergi geri qaytarılması dəstəyinin də yer alacağı bildirildi.
Tayvanın Turizm, Nəqliyyat və Kommunikasiyalar (MOTC) naziri Vanq Kvo-tsai mətbuata açıqlama verərək iqtisadi dəstək paketi haqqında ətraflı məlumat verdi. Nazirlik olaraq sərhədlərin açılmasından bu yana hər cür dəstək və vəsaitin aktivləşdirildiyini bildirən Wang, pandemiya sonrası təşviq qanunu üçün büdcəyə 380 milyard NTD (20 milyard manat) resursun daxil edildiyini söylədi. Turizm sektorunun bərpasını sürətləndirmək üçün xarici turistləri Tayvana səyahətə təşviq etmək istədiklərini ifadə edən nazir, turist qruplarının gəlişini sürətləndirməyi və otellərin imkanlarını müvafiq olaraq hədəflənən rəqəmlərə endirməyi planlaşdırdıqlarını söylədi.












