Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan 3 astronavtın geri dönə bilməsi üçün “Soyuz MS-23” kosmik gəmisinin Qazaxıstanın Baykonur kosmodromundan uğurla buraxıldığını açıqlayıb.
QHT.az xəbər verir ki, Roskosmos tərəfindən verilən açıqlamada, Soyuz MS-23 kosmik gəmisinin CEST saat 03:24-də Qazaxıstanın Baykonur kosmodromundan uğurla orbitə buraxıldığı açıqlanıb. Kosmik gəminin 2 gün ərzində Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşacağı bildirilir.
Vurğulanıb ki, “Soyuz MS-23” sentyabr ayında MS-22 ilə stansiyaya göndərilən və dekabr ayında kosmik gəmiyə meteorit düşməsi nəticəsində yaranan nasazlıq səbəbindən stansiyada qalan 3 astronavtı geri qaytaracaq.












