Bu günlərdə 10 illik yubileyini qeyd edən “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyədinoğlu “Oxu Akademiyası” tərəfindən Fəxri diplomla təltif edilib.
Bu barədə QHT.az saytına Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, “Oxu Akademiyası” Azərbaycanın bütövlüyünü, birliyini yüksək səviyyədə təbliğ edən “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru tanımış jurnalist və QHT rəhbərlərindən biri kimi Tamxil Ziyəddinoğlunu təltif edib.











