"Faiq" Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyasının təşkili layihəsinin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan etdiyi müsabiqənin qalibi olmuşdur.
Layihənin məqsədi rayonda əhali arasında koronavirus və ondan qorunma yolları haqqında məlumatların verilməsi, aztəminatlı ailələrə, tənha ahıllara, günəmuzd çalışanlara ərzaq və tibbi ləvazimat paketlərinin paylanmasıdır.
Layihə 45 ailəni, əsasən aztəminatlı ailələr, tənha ahıllar, günəmuzd çalışanları əhatə edəcək.
Şuranın dəstəyilə Qubada “Biz birlikdə güclüyük!” şüarı ilə yardım kampaniyası təşkil ediləcək

ReklamBurada sizin reklamınız ola bilər
QHT.az-ı Google-da seçilmiş mənbə kimi təyin edinQHT.az xəbərləri Google axtarış nəticələrində sizə öncəliklə təqdim olunacaq.Təyin et








