Özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı 100-ü ötüb! 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan memoranduma əsasən əhalinin həssas qruplarının məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsindəki fəal iştirakına görə banklarımıza təşəkkür edirik! 

 

Qeyd edək ki, ölkə bankları tərəfindən layihənin icrası fəal formada davam edir və ilin sonuna qədər davam etməsi planlaşdırılır