Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 11 aprel 2020-ci il tarixindən “Evdə qal,cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsinə start verib. 

 

QHT.az xəbər verir ki, Müsabiqənin ilk səs vermə mərhələsi 10 may 2020-ci il tarixindən 17 may 2020-ci il tarixinə qədər davam edib.

 

 1-ci mərhələdə 5 ekspert, bir müəllimə və online səs vermədən sonra azyaşlılar arasında keçirilən rəsm müsabiqəsi yekunlaşıb.Qeyd edək ki, 1-ci mərhələdə üç yer uğrunda 14 azyaşlı mübarizə aparıb.

 

Azyaşlılar arasında 3 yerin qalibləri

 

 1-ci yer 95 balla Səfərli Yusif

 

2-ci yer 89 balla Rüstəmova Mələy

 

3-cü yer 85 balla Məmmədova Ayan

 

Növbəti onlayn səs vermə yeniyetmələr arasında keçiriləcək. Yeniyetmələr arasında onlayn səs verməyə 18 may 2020-ci il tarixindən start veriləcək.

 

 

 

Layihə rəhbəri Səbinə Kərimova