Bildirdiyimiz kimi 01 oktyabr 2019 tarixlərindən başlayaraq Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra edilir.

Təşəbbüs çərçivəsində əhaliyə hüquqi xidmət, psixoloji xidmət və sosial işçi xidmətləri göstərilmişdir. Son aylar ölkə ərazisində tətbiq edilmiş qarantin rejimi nəzərə alınmış və müraciətlərin telefon, sosial şəbəkələr vasitəsi ilə edilməsinə şərait yaradılmışdır.

2020-ci ilin may ayı üzrə xidmətlərdən yararlanmaq üçün 144 nəfər müraciət etmişdir. Müraciət edənlərin 111 nəfərinə telefon vasitəsi ilə, 22 nəfərinə sosial şəbəkələr və digər vasitələr ilə, 11 nəfərə isə fərdi qəbul vasitəsi ilə xidmətlər təşkil edilmişdir. Müraciət edənlərin 103 nəfəri hüquqi xidmətdən 41 nəfəri isə psixoloji dəstək xidmətindən yararlanmışdırlar. Müraciət edənlərin hər biri sosial işçi xidmətinə yönəldilmişdirlər.

Təşəbbüs çərçivəsində maarifləndirmə işlərinin təşkilinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, 2020-ci ilin may ayı ərizndə xəbərlər.com saytı ilə əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində sosial şəbəkələr üzərindən canlı yayımlar həyata keçirilmişdir. Canlı yayımlarda ekspertlər kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkillərinin iştrakı da təmin edilmişdir. Canlı yayımlar ümumilikdə 10 000 vətəndaş tərəfindən izlənilmişdir.

Fəaliyyətin icrası 31 may 2020-ci il tarixində birmişdir. Lakin ölkədə tətbiq edilən qarantin rejimi qaydalarının vətəndaşların, əsasəndə fəaliyyətin benefesiarları olan aztəminatlı ailələrin xidmətlərə çıxışlarının məhdud olmasını nəzərə alaraq, vətəndaşların keyfiyyətli və davamlı xidmətlərdən istfadəsini təmin etmək məqsədi ilə xidmətlərin göstərilməsi davam etdirilir. Xidmətlərdən yararlanmaq istəyən benefesiarlar +99450 3008788 mobil nöməris (həmçinin Whats up), +99418 642-48-27 ofis nömərsi ilə əlaqə yarada bilərlər. Bu nömrələr vasitəsi ilə benefesiarların ehtiyacları qiymətləndiriləcək və onlar ehtiyac duyduqları xidmətlərə yönəldiləcəkdirlər.