Elvis Fransua adlı 47 yaşlı Dominikalı kişini axın dənizə sürükləyib. Günlər sonra Kolumbiya donanması tərəfindən xilas edilən şəxs 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və bulyon həbləri yeyərək sağ qaldığını bildirib.

QHT.az xəbər verir ki, dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışan Elvis Fransua axınla sürünməyə başlayıb.

Dənizçilik biliyi olmayan və açıq dənizdə sürüklənən Fransua telefonu götürmədiyi üçün kömək istəyə bilməyib. Günlərlə dənizdə sürüklənən 47 yaşlı Fransua 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və bulyon həbləri yeyərək sağ qalıb.

Təhlükə siqnalı olaraq atəş açmağa cəhd edən, lakin buna nail ola bilməyən Fransua daha sonra yelkənli qayığın gövdəsinə “kömək” yazıb. Yanvarın 15-də günəş şüalarını təyyarəyə əks etdirmək üçün güzgüdən istifadə edən şəxs nəhayət ki, diqqəti cəlb etməyi bacarıb. Ekipaj vəziyyəti Kolumbiya donanmasına bildirdi.

Donanmanın əlaqə saxladığı ticarət gəmisi təxminən bir aydır dənizdə sürüklənən Fransuanı xilas edərək liman şəhəri Kartagenaya gətirdi.