Amerikalı erməni əsilli şou ulduzu Kim Kardaşyan İngiltərə kralı III Çarlzın birinci həyat yoldaşı Şahzadə Diananın "Attallah Xaç" boyunbağısını alıb.
QHT.az xəbər verir ki, Sotheby's hərrac evi tərəfindən "Royal & Noble" adlı hərracda xüsusi kral parçaları, zadəganlara məxsus zinət əşyaları və qiymətli əşyalar satışa çıxarılıb. Kardaşyanın bu kolleksiyada satışa çıxarılan Attallah Xaç üçün 197 min 453 dollar ödədiyi öyrənilib. 5,25 karat brilyantla bəzədilmiş boyunbağı Fələstin əsilli İngilis iş adamı Naim Attallah tərəfindən lüks zərgərlik dizayneri Garrarddan alınıb və Dianaya hədiyyə edilmişdi. Diana bu boyunbağını bəzi xeyriyyə tədbirlərində taxıb.
Qeyd edək ki, Kardaşyan daha əvvəl Elizabeth Taylor və Jacqueline Kennedy Onassis kimi məşhur adlardan zinət əşyaları almışdı.












