İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada vətəndaşlara 2023-cü ildə Türkiyə səfərlərində Hakkari və Şırnakdan uzaq durmağa çağırılıb.
QHT.az xəbər verir ki, Britaniya mətbuatı ölkədə bir çox insanın artıq yay tətilini planlaşdırdığını və Türkiyənin məşhur istirahət məkanlarından biri olduğunu yazıb. Keçən il milyonlarla ingilisin İstanbul və Kapadokyaya axın etdiyi vurğulansa da, yeni edilən xəbərdarlıqda hökumətin bəzi bölgələrə səyahət etməmək istəməsi diqqət çəkib.
Xəbərdarlıqda Hakkari və Şırnakın Suriya və İraq sərhədlərinə yaxın olduğu və ola biləcək terror hücumlarına görə təhlükəli ola biləcəyi, bura gedən ingilislərin əlavə tədbir görməsi lazım olduğu bildirilib. Digər tərəfdən, İngiltərə hökuməti Türkiyənin ümumiyyətlə turistlər üçün təhlükəsiz ölkə olduğunu bildirdi.












