Bildirilib ki, Cənubi Koreyanın paytaxtında gecəqondular məskəni olan Quryonqda baş verən yanğında 60 ev yararsız hala düşüb, 500 nəfər isə bölgədən təxliyə edilib.

QHT.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun gecəqondu məskənlərindən biri kimi tanınan Quryonqda naməlum səbəbdən yanğın baş verib. Əraziyə 900-dən çox canlı qüvvə, o cümlədən 290 yanğınsöndürən və 10 yanğınsöndürən helikopter göndərilib. Yanğınsöndürmə briqadası zabiti Şin Yonq-ho jurnalistlərə bildirib ki, yanğın təxminən 2700 kvadratmetr ərazini əhatə edib. Qrupların 5 dəqiqəlik çalışmasından sonra alov tamamilə söndürülüb. Əksəriyyəti faner panellərdən tikilmiş təxminən 660 konstruksiyadan ən azı 60-nın yararsız hala düşdüyü, 500 nəfərin isə təhlükəsiz ərazilərə təxliyə edildiyi açıqlanıb. İlkin məlumata görə, itki yoxdur.