Hindistanda şirkətlər sosial məsuliyyət layihələri çərçivəsində QHT-lərlə əməkdaşlıqda yeni yanaşmalara üstünlük verməyə başlayıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, şirkətlər ənənəvi maliyyə dəstəyi ilə kifayətlənməyərək əməkdaşlarını birbaşa sosial inkişaf layihələrinə cəlb edirlər.
Yeni model çərçivəsində işçilərin könüllü fəaliyyətlərdə iştirakı, QHT-lərin həyata keçirdiyi sosial layihələrə dəstək verməsi və icma təşəbbüslərində aktiv rol alması nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu yanaşma şirkətlərin sosial təsirini artırmaqla yanaşı, əməkdaşların könüllülük mədəniyyətinin formalaşmasına da kömək edə bilər.
QHT-lərlə daha uzunmüddətli tərəfdaşlıqların qurulması sosial problemlərin həllinə biznes sektorunun daha aktiv şəkildə cəlb olunmasına imkan yaradır.












