İqtisadi Resursların Öyrənilməsi Mərkəzi 21 dekabr 2024-cü il tarixində saat 10:00-13:00 aralığında "Şərikli Biznes" mövzusunda ödənişli təlim keçirəcək. Təlimdə uğurlu ortaqlığın qurulması, dayanıqlı idarə edilməsi, konfliktlərin həlli və ortaqlığın ləğv edilməsi kimi mühüm məsələlər müzakirə olunacaq. Təlimi i.f.d. Ruslan Atakişiyev aparacaq.
QHT.az xəbər verir ki, bu barədə məlumatı İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev verib. Təlim iştirakçılarına çay-kofe, praktiki tapşırıqlar, "Şərikli Biznes" kitabı və sertifikat təqdim olunacaq. Qeydiyyat üçün əlaqə nömrələri: (+994) 12 432-71-75 və (+994) 77 767-24-67. Təlimin keçirilmə yeri: Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 41/2.










