Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi 2 nömrəli məktəbdə şəhid Quba Letifov Eynulla və Abduləlimov Miqdadın xatirəsini əbədiləşdirmək məqsədilə xüsusi sinif otağı yaradılıb.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, otaqda şəhidlərin şəkilləri, həyat yolu, döyüş xatirələri və qəhrəmanlıq nümunələri toplanıb:

“Bu sinif otağı təkcə dərs yeri deyil, həm də vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq rəmzidir. Burada dərs keçən hər bir şagird şəhidimizin göstərdiyi fədakarlığı xatırlayır və Vətənə xidmətin müqəddəs borc olduğunu daha dərindən anlayır.”

Tünzalə Abduləlimova əlavə edib ki, belə təşəbbüslər gənc nəslin milli ruhda tərbiyəsinə mühüm töhfə verir və vətən sevgisinin möhkəmlənməsinə xidmət edir. QHT sədri məktəbin direktoru Almaz xanıma və qazı Həsən Fedaya təşəkkürünü bildirib. Qeyd olunub ki, hazırda bu məktəbdə 30-dan çox şəhid və qazı övladı təhsil alır və otaqlara şəhidlərin adları verilib.

 

Pərvanə Fərhadqızı