Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Əhliman Əzizov 24 dekabr 2014-cü il tarixində Murovdağ istiqamətində atəşkəs pozuntusu zamanı baş verən silahlı toqquşmada döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, o, 9 mart 1990-cı ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra orduda qalaraq "gizir" rütbəsində xidmətini davam etdirib. Əhliman Əzizov
Ruhu şad olsun!






